Almaniyanın “Hoffenhaym” klubu sol cinah vingeri Yakob Larseni icarəyə verib.

Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi 22 yaşlı futbolçunu Belçikanın “Anderlext” klubuna icarəyə göndərib.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Danimarka yığmasının da üzvü olan futbolçu mövsümün sonuna qədər Belçikada çıxış edəcək.

Qeyd edək ki, “Hoffenhaym” Dortmund “Borussiya”sının yetirməsi olan Larseni 2020-ci ilin yanvarında 9 milyon avroya transfer etmişdi. O, bu mövsüm Bundesliqa klubunda cəmi 3 matçda meydana çıxıb.

Shares: