İtaliyanın “Kalyari” klubu baş məşqçisi Eusebio Di Françeskonun müqaviləsinin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssislə yeni sözləşmənin müddəti 2023-cü ilin yayına qədərdir.
Eusebio 2020-ci ilin avqustudan “Kalyari”ni çalışdırır. Onun əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi. “Kalyari” A Seriyasında 18-ci sırada yer alır.