Bu gündən Bakıda təlim-məşq toplanışına başlayan 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının üzvlərindən koronavirusla bağlı test götürülüb.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Milli assosiasiya rəsmisinin sözlərinə görə, nəticələr hamıda mənfi çıxıb.

Əsas milliyə gəldikdə, baş məşqçi Canni De Byazinin artıq Bakıda olduğunu söyləyən F.Abdulla italiyalı mütəxəssisin bu gün ölkə kubokunun 1/8 final mərhələsində keçiriləcək “Sabah” – “Kəpəz” matçını canlı izləyəcəyini bildirib.

Masazırdakı “Bank Respublika Arena”da oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Shares: