Danimarkanın “Veyle” klubu Azəbaycan yığmasının və “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadəni heyətinə qatmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, klub rəsmi olaraq paytaxt təmsilçisinə müraciət edib. Bu barədə Danimarka mətbuatı məlumat yayıb.

Həmçinin bildirilir ki, 1,91 sm boya malik mərkəz müdafiəçisi Danimarka çempionatı üçün ən yaxşı seçim olacaq. Mustafazadənin “Sabah”da, eyni zamanda millidə daimi meydana çıxması da “Veyle”nin seçimində rol oynayıb.

Xatırladaq ki, yenicə əməliyyat olunmuş Bəhlul xeyli vaxtdı meydana çıxmır. Amma bu da danimarkalıların ona görə kluba rəsmi təklif göndərməsinə əngəl sayılmayıb.

“Veyle” Mustafazadəni yaya kimi icarəyə götürmək, daha sonra isə uzunmüddətli müqavilə bağlamaq niyyətindədi.

143441466 742383253049463 1525448262866333104 n.jpg? nc cat=109&ccb=2& nc sid=ae9488& nc ohc=4AiufkLaIUIAX as8Sb& nc ht=scontent.fgyd4 4 - Futbolinfo.az
142915406 744117199832858 934129536840777604 n.jpg? nc cat=101&ccb=2& nc sid=ae9488& nc ohc=uymSLecYk40AX EikOl& nc ht=scontent.fgyd4 2 - Futbolinfo.az
Shares: