Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla millisi ilə qarşılaşacaq Slovakiya yığmasının 3 üzvündə koronavirus aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Marian Berki yerli telekanala müsahibəsində deyib.
Mütəxəssisin sözlərinə görə, Pyotor Kozar, Qabriel Rik və Patrik Zatoviç infeksiyaya yoluxub: “Onlar Azərbaycanla oyunu buraxacaqlar. Amma növbəti testləri yanvarın 27-dək mənfi çıxarsa, sonrakı iki qarşılaşmada iştirak edə bilərlər”.
Berki millimizlə oyun barədə də danışıb: “Artıq sırf seçmə mərhələnin oyunlarına hazırlaşırıq. Hələlik isə əsas diqqətimiz Azərbaycanla matça yönəlib. Həm hücumda, həm də müdafiədə yaxşı oynamalıyıq. Rəqibin 2 güclü cəhəti var. Ehtiyatlı olmalıyıq”.
O, həmkarı Joze Alesio Da Silvanın maraqlı oyun üslubuna üstünlük verdiyini bildirib: “Matça hansı heyətlə başlayacaqlarını oyun günü biləcəyik. Amma gördüklərimə əsasən deyirəm ki, orada 6 braziliyalı çıxış edir. Bütün oyun onların üzərində qurulub”.
Berki Azərbaycan millisinin qrupun favoriti olduğunu söyləsə də, oyun azarkeşsiz keçiriləcəyi üçün şansları bərabər qiymətləndirib. Azərbaycan daha əvvəl oynadığımız İspaniya, Portuqaliya və Rusiya kimi güclü deyil. Ona görə də bu cür komandalardan qorxmamalıyıq. Rəqiblə çox oyun keçirmişik, artıq gücünü bilirik. Bu matçda əla nəticə qazanmaq olar. Oyunçular bunu dərk etməlidirlər. Yaxşı hazırlaşsaq və futzalçılar meydanda bütün güclərini ortaya qoysalar, uğur əldə etmək mümkündür”.
Qeyd edək ki, Azərbaycan – Slovakiya matçı yanvarın 29-da Bakı İdman Sarayında gerçəkləşəcək.