Yanvarın 28-də İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2023-cü ildə Rumıniya və Gürcüstanda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda təşkil olunacaq püşkatma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Seçmə mərhələnin oyunları bu ilin martında başlayacaq, 2022-ci ilin iyun ayında başa çatacaq.
Səbətlərin tərkibi aşağıdakı kimidir:
1-ci səbət: İspaniya, Almaniya, Fransa, İngiltərə, İtaliya, Danimarka, Portuqaliya, Niderland, Xorvatiya
2-ci səbət: Avstriya, Polşa, İsveç, Çexiya, Belçika, Rusiya, Serbiya, İsveçrə, Yunanıstan
3-cü səbət: Slovakiya, İslandiya, Ukrayna, Sloveniya, İrlandiya, İsrail, Norveç, Bolqarıstan, Türkiyə
4-cü səbət: Şotlandiya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Uels, Şimali İrlandiya, Finlandiya, Macarıstan, Belarus, Albaniya
5-ci səbət: Monteneqro, Kosovo, Litva, Qazaxıstan, Moldova, Kipr, Farer adaları, Azərbaycan, Latviya
6-cı səbət: Lüksemburq, Ermənistan, Malta, Andorra, Estoniya, Cəbəllütariq, Lixtenşteyn, San Marino