Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Vursburger”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü 55-ci dəqiqədə sarı vərəqə də alıb.

18 turdan sonra 28 xala malik “Ersgebirge” 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Shares: