“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın “Atalanta” klubunun yarımmüdafiəçisi Alexandro Qomesi transfer edib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi ilə müddəti 30 iyun 2024-cü ilədək olan müqavilə bağlanılıb.

Bu transfer qarşılığında argentinalı oyunçuya 5,5 milyon avro ödəniləcək. Daha 3 milyon avro isə bonus kimi paylanacaq.

Qeyd edək ki, Alexandro Qomes 2014-cü ildən “Atalanta”nın uğurları üçün çalışırdı. O, bu mövsüm A Seriyasında 10 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu 2017-ci ildən Argentina millisinə çağırılır.

Shares: