“Yuventus”un müdafiəçisi Aleks Sandro koronavirusdan sağalıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

30 yaşlı müdafiəçinin sonuncu koronavirus testi mənfi çıxıb. Onun bu gündən komanda ilə məşqlərə qoşulacağı bildirilib.

Qeyd edək ki, braziliyalı oyunçu bu mövsüm bütün turnirlərdə 10 matçda meydana çıxıb. Aleksdən öncə Matteys De Liqtin də koronavirusdan sağaldığı açıqlanmışdı.

Shares: