Futbol üzrə İngiltərə Premyer Liqasında unikal rekord qeydə alınıb.

Futbolinfo.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, tarixdə ilk dəfə doqquz komanda bir mövsüm ərzində turnir cədvəlinə başçılıq edib.

Bu, ötən gecə “Mançester Siti”nin səfərdə “Vest Bromviç”ə qalib gələrək (5:0) liderliyə yüksəlməsi ilə gerçəkləşib.

Bu mövsüm “Mançester Siti”dən əvvəl müxtəlif vaxtlarda “Arsenal”, “Everton”, “Lester Siti”, “Liverpul”, “Sauthempton”, “Tottenhem”, “Çelsi” və “Mançester Yunayted” ilk pillədə olub.

Hazırda turnir cədvəlində ikinci yerdə 40 xalla “Mançester Yunayted” qərarlaşıb. 38 xalı olan “Lester Siti” 3-cüdür.

Shares: