“Sabah” “Veyle”nin rəsmi təklifini rədd edib. Danimarka klubu Azərbaycan yığmasının üzvü Bəhlul Mustafazadəni heyətinə qatmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, danimarkalılar müdafiəçini yaya kimi icarəyə götürmək niyyətindədi. Daha sonra isə onunla uzunmüddətli müqavilə bağlanmalıdı. Lakin bakılılar icarə üçün pul ödəmək istəməyən “Vejle”nin təklifindən imtina edib.
“Vejle” hazırda davam edən mövsümdə 10-cu pillədə yer alır. Komanda Superliqaya bu mövsüm qayıdıb. Ötən il aşağı liqada birinci yeri tutan klub əsas çempionata qoşulub.
“Veyle” 1891-ci ildə Yutland şəhərində yaranıb. Klub 5 dəfə Danimarka çempionatının, 6 dəfə isə kubokunun qalibi olub. “Veyle” 1972/73, 1973/74, 1979/80, 1985/86-cı illərdə Çempionlar Kubokunda iştirak edib. Həmçinin yutlandiyalılar UEFA Kubokunda və Kubokla Kubokunda çıxış çıxış edib. Onların ən böyük uğuru isə Kuboklar Kubokunda ¼ final mərhələsinə çıxmaq olub.
Stadionu klubun adını daşıyan “Veyle” hazırda davam edən mövsümdə o qədər də uğurlu çıxış etmir. Bunun əsas səbəblərindən biri heyətdə üzləşdikləri çətinliklərdi. Onlar İsveçdən olan mərkəz müdafiəçisi Aleksandr Miloşeviçlə müqaviləni ləğv edib, yerinə yerinə Zaqreb “Dinamo”sundan Denis Kollinqeri alıblar. Digər mərkəz müdafiəçiləri Mads Greve və Yuhani Oyala isə son zamanlar əsas heyət üzvlərinə çevriliblər. Lakin Greve zədələndikdən sonra klub təcili olaraq mərkəz müdafiəçisi almaq haqqında düşünür. Əsas namizəd isə Bəhlul Mustafazadədir.
“Veyle” klubunda maaşlar da Azərbaycan klublarından yüksəkdir. Danimarkalı jurnalistin futbolinfo.az-a verdiyi məlumata görə, klubda futbolçular 150-200 min avro civarında maaş alır: “Klubun əsas heyətinə düşən futbolçular 150-200 min avro civarında maaş alır. Lakin bu Danimarka üçün top klub deyil. “Veyle”də 100 min avro maaş alan oyunçular da var”.
Bəhlula təklif edilən maaşın 5 min avro olduğu deyilir. Bu, oyunçunun “Sabah”da aldığından azca çoxdu. Lakin Mustafazadənin Danimarkaya getməyə can atması maddi məsələyə görə yox, daha çox Avropada oynamaq istəyi ilə bağlıdı. Təbii ki, bunun üçün klubu onu buraxmalıdı. “Sabah” isə onun komandaya lazım olduğunu düşünür və buraxmaq niyyətində deyil.