İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Moskva “Spartak”ından Aleksandr Kokorini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı hücumçu ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Kokorin 2020-ci ilin avqustundan “Spartak”da çıxış edirdi. Hücumçu bu mövsüm 10 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib. Kokorin Rusiya yığmasında isə 48 oyuna 12 qol vurub.

Rusiya yığmasının sabiq üzvü 2018-ci ilin oktyabrında restoranda davada iştirak etmiş və həbs olunmuşdu. Hücumçu 2019-cu ilin sentyabrında azadlığa buraxılıb.

Shares: