Donald Geryenin cəzası yalnız əvəzedici komandaya göndərilməsi deyil. “Qarabağ” intizamı pozan ərköyün müdafiəçisini cərimələməyi də lazım bilib.

Futbolinfo.az xəbər verir ki, haitili futbolçu komandanın qış hazırlığına yubandığı üçün bu aqibətlə üzləşib. Vətəninə qısa müddətə yollanan legioner müxtəlif bəhanələr gətirmiş və düşərgəyə gec gəlmişdi. O, hətta 14-cü turun oyununa da yetişə bilməmişdi.

Gerye səbəblər gətirərək istəmədən gecikdiyini əsaslandırmağa cəhd etsə də, klub onu bağışlamayıb. Əvəzedici heyətə göndərildiyi rəsmən açıqlanan müdafiəçi pul cəzasına da məruz qalıb. Onun maaşından 20 min dolla tutulacaq.

Bu, Geryenin ilk belə ərköyünlüyü deyil. Dəfələrlə cərimələnən Donald xasiyyətini dəyişmir.

Shares: