Rusiyanın “İrtış” klubunun keçmiş futbolçusu Yeqor Drobış öldürülüb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Omsk təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi dostu ilə mağazadan qayıdarkən yolda bıçaqlı hücuma məruz qalıb. Yeqor ürəyindən aldığı bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib, dostu isə reanimasiyadadır. Polis cinayətkarları axtarmağa başlayıb.
Yeqor “İrtış”ın gənclərdən ibarət komandasının aparıcı futbolçularından olub.