“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Kuinz Park Reyncers” klubunun yarımmüdafiəçisi Brayt Osayi-Samueli transfer edib.
Bu barədə Super Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Xəbərdə 23 yaşlı vingerlə 4.5 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Nigeriyalı yarımmüdafiəçi yeni komandasında “21” nömrəli formanı geyinəcək.
Osayi-Samuel 2017-ci ildən “Kuinz Park Reyncers”də çıxış edirdi. O, daha öncə iki il yetirməsi olduğu “Blekpul”da da forma geyinib.
Yeri gəlmişkən, “Fənərbaxça”nın bir müddət öncə zədələnən argentinalı yarımmüdafiəçisi Dieqo Perottinin aqibətinə aydınlıq gəlib. Əməliyyat olunan futbolçu artıq İstanbula dönüb. Onun ən azı 4 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.