Türkiyənin “Ərzurumspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi “Göztəpə”nin qapıçısı Göktuğ Bakırbaşı transfer edib.
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. “Göztəpə”nin öz yetirməsi olan Bakırbaşın yeni klubu ilə bağladığı müqavilənin detalları açıqlanmayıb. Amma Ərzurum təmsilçisi 24 yaşlı qolkiperi gələcəkdə başqa kluba satsa, gəlirin bir hissəsini “Göztəpə”yə ödəməli olacaq.
Qeyd edək ki, Göktuğ Bakırbaş bu mövsümün əvvəlindən “Ümraniyəspor”da icarədə oynayırdı.