Futbol üzrə İran millisinin sabiq üzvü Mehrdad Minavənd vəfat edib.

Futbolinfo.az “Tehran Times”a istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi 45 yaşında dünyasını dəyişib. O, koronavirusun qurbanı olub.

Bir müddət koronavirusla mübarizə aparan sabiq futbolçu keçən həftə reanimasiyaya yerləşdirilmişdi.

Minavənd 1998-ci ildə keçirilən dünya çempionatında İran millisinin heyətində yer almışdı.

Shares: