Türkiyənin “Qaziantep” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə Super Liqanın 22-ci turu çərçivəsində keçiriləcək “Qalatasaray”la matçdan öncə klub kollektivindən COVİD-19 testi götürüldüyü diqqətə çatdırılıb. Nəticədə adı açıqlanmayan bir futbolçunun koronavirusa yoluxduğu müəyyənləşib. Həmin oyunçu dərhal karantinə alınıb.
“Qaziantep” 20 oyuna topladığı 35 xalla 4-cü pillədə qərarlaşıb.