Sabah saat 11.00-da AFFA-nın Növbəti Konfransı başlayacaq. Tədbir ilk dəfə videokonfrans formatında baş tutacaq.
AFFA Konfransın gündəliyini açıqlamayıb. Amma futbolinfo.az onu ələ keçirib.Beləliklə, gündəlikdə bu məsələlər yer alır:
– Prezident tərəfindən clasın açıq elan edilməsi;
– Konfransın tərkibinin yoxlanması;
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması;
– Maliyyə hesabatlarının təsdiq olunması;
– Müstəqil auditorun hesabatını nəzərə almaq;
– Hər hansı vakant vəzifəyə seçkilər;
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması;
– Digər məsələlər
Əslində, formal gündəlikdi. Belə ki, hər Konfrans öncəsi eyni məsələlərin müzakirə ediləcəyi bildirilir və ssenari pozulmur. Bu dəfə yalnız Elmar Məmmədyarovun istefası və yerinə İcraiyyə Komitəsinə başqa birinin üzv seçilməsi mümkündü. Bu, dəqiq informasiya deyil, lakin “Zirə”nin fəxri prezidenti Orxan Məmmədovun onu əvəzləyəcəyi barədə xəbərlər var.