Almaniyanın “Bayer” klubunun yarımmüdafiəçisi Nadim Amiri koronavirusa yoluxub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 24 yaşlı futbolçudan götürülmüş sonuncu COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Alman yarımmüdafiəçi karantinə alınıb.

Amiri 2019-cu ildən “Bayer”in uğurları üçün çalışır. O, həm də Almaniya yığmasının formasını geyinir.

Shares: