“Qarabağ”ın ərköyün futbolçusu Donald Gerye gündəmə gəlmək üçün kiçik fürsəti boşa vermir. Bu dəfə o, əsas heyətindən uzaqlaşdırıldığı ağdamlılar üçün fərqli bir şey fikirləşib.

Futbolinfo.az xəbər verir ki, komandanın hazırlığına vaxtında qoşulmayan, bu səbəbdən əvəzedici heyətə göndərilən və 20 min dollar cərimələnən haitili boş dayanmır. Müdafiəçi əsas komandanın həsrətini əvəzedicilərlə birgə əylənərək çıxarır. Gerye “Səbail” üzərində qələbəni düşərgəsində məşq etdiyi “Qarabağ-2”nin futbolçularına pizza və “Coca-Cola” qonaqlığı verməklə qeyd edib.

Donald buna – futbolçuların qida pejimini pozduğuna – görə yenidən cəzalansa, təəccüblənmərik.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp