“Peyvənd məısələsində çətinlik var. Çünki orada 21 günlük fasilə olmalıdır. Hələlik həkimlərlə bunu müzakirə edirik”.

Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.

“Hərdən deyirlər ki, 21 gün ərzində idmançı məşq edə bilməz. Həkim olmadığm üçün dəqiq cavab verə bilmirəm. Bu gün futbolçularımızı növbədənkənar aşılamaq qeyri-etik olar. UEFA-nın qərarı olsa, peyvəndləmə etmək ola bilər”.

“Mart ayında bizi çox çətin qrafik gözləyirik. Portuqaliya və Serbiya ilə matçların arasında Qətərlə oynamalıyıq. Rəqib matçı Londonda təşkil etmək istəyir. Hazırda bu istiqamətdə danışıq gedir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp