Rusiyanın “Ximki” komandasında çıxış edən əslən azərbaycanlı futbolçu Kamran Əliyevlə Türkiyənin Antalya şəhərində görüş keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.

Elxan Məmmədov bildirib ki, bu məqsədlə Cahangir Həsənzadə və İlqar Qurbanov qardaş ölkəyə ezam olunub.

AFFA rəsmisi hələ Əliyevdən təsdiq cavabı almadıqlarını təəssüflə əlavə edib: “Hazırda onun qərarını gözləyirik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp