AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, federasiya rəsmi jurnalistin verdiyi “2007-ci ildən bəri olan fəaliyyətinizi özünüz 10 ballıq sistem üzrə neçə olaraq qiymətləndirərsiz” sualını belə cavablandırıb:

“Məktəbdə bir məllimim vardı. O da soruşurdu ki, özünüz necə qiymətləndirərsiz. Təbii ki, sonda jurnala qiyməti müəllim yazır. Adam özünə qiymət verməz. Mənə qiyməti İcraiyyə Komitəsinin üzvləri verir. Mən baş katib kimi başladım, hazırda icraçı vitse-prezidentəmsə, deməli nələrisə düzgün etmişəm. Mənə qiyməti məni işə götürənlər verirlər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp