Gələn həftə Premyer Liqanın 7 komandası və “Kəpəz” Azərbaycan Kubokunda 1/4 final mərhələsi oyunlarına start verəcək.

Futbolinfo.az xəbər verir ki, bu turnirdə mübarizəni dayandıran “Sabah”ın isə növbəti matçı çempionatın 15-ci turunda, fevralın 14-ü “Zirə”yə qarşı olacaq.

Uzun müddətli fasilədən maksimum yararlanmaq istəyən “futuristlər” yalnız gündəlik məşqlərlə kifayətlənməyəcək, 10 günlük təlim-məşq toplanışı keçəcək. Əldə etdiyimiz məlumata görə, komanda üzvləri Bakıdakı otellərin birində məskunlaşacaq. Məşqlər isə böyük ehtimalla Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında təşkil olunacaq. Bundan başqa, “Sabah” toplanış zamanı bir yoxlama oyununda qüvvəsini sınamaq niyyətindədir. (Futbolpress)

Visente Qomesin komandası ölkə kubokunun 1/8 finalında “Kəpəz”ə uduzaraq (1:2) mübarizəni dayandırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp