PSJ-nin iki futbolçusunda koronavirus aşkarlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə yarımmüdafiəçi Marko Verratti və müdafiəçi Abdu Diallonun COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Onların hər ikisi karantinə alınıb.

PSJ sabah Liqa 1-in 22-ci turu çərçivəsində səfərdə “Loryan”la qarşılaşacaq. Verratti ilə Diallo isə bu oyunu buraxmalı olacaq.

Qeyd edək ki, Paris təmsilçisi geridə qalan 21 turda topladığı 45 xalla turnir cədvəlinə başçılıq edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp