“Zirə” yeni futbolçu ilə anlaşıb.

Futbolinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi braziliyalı Filipe Paxtmanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu ilə 6 ay + 3 illik müqavilə imzalanıb.

Ukraynanın “Lvov” klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb. Hücumçunun transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Qeyd edək ki, braziliyalı futbolçu peşəkar karyerasına “Lvov” klubunda başlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp