“Səbail” qış fasiləsindən sonra ikinci transferini reallaşdırıb.

Futbolinfo.az xəbər verir ki, “Samtrediya”dan (Gürcüstan) hücumçu Luka İmnadzeni heyətinə qatan Bayıl təmsilçisi Milovan Petroviçlə münasibətlərini rəsmiləşdirib.

Şimali Makedoniyadan olan yarımmüdafiəçi dünən Azərbaycana gəlib və onunla 6 aylıq müqavilə imzalanıb.

31 yaşlı legioner son olaraq ölkəsində “Vardar”da çıxış edib. O, 9 dəfə Şimali Makedoniya yığmasının formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp