“Qarabağ” klubunun Haiti millisinin futbolçusu Donald Geryenin transferi üçün Türkiyə “Alanyaspor”una ödədiyi məbləğ məlum olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Milliyet” qəzetində Super Liqa təmsilçisinin son 3 ildə oyunçu satışı qarşılığında əldə etdiyi gəlirlərdən bəhs edən yazısında bildirilir.

Nəşrin iddiasına görə, Gerye 2017-ci ilin yayında Ağdam komandasına 800 min avroya keçib.

Qeyd edək ki, Gerye 2019/20 mövsümündə “Qarabağ”dan ayrılaraq “Neftçi”yə keçsə də, ötən ay yenidən Ağdam klubuna qayıdıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp