İspaniyanın “Atletiko” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə müdafiəçi Mario Ermoso və yarımmüdafiəçi Yannik Ferreyra-Karraskonun COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Hər iki oyunçu təcrid olunub.

Qeyd edək ki, La Liqada 47 xalla turnir cədvəlinə başçılıq edən “Atletiko” yanvarın 31-də 21-ci tur çərçivəsində “Kadis”lə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp