“Səbail” növbəti transferini rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Şimali Makedoniyadan olan yarımmüdafiəçi Milovan Petroviçi heyətinə qatıb.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. Tərəflər 6 aylıq müqaviləyə imza atıblar.

31 yaşlı legioner yeni komandasında 23 nömrəli formanı geyinəcək. O, “Səbail”in mətbuat xidmətinə açıqlama da verib: “Burada olmağıma şadam. “Səbail” əla təşkilatçılığı ilə seçilən klubdur. Komandanın uğurları üçün bütün bacarığımı ortaya qoyacam”.

Son olaraq ölkəsində “Vardar”da çıxış edən Petroviç, Şimali Makedoniya yığmasında da 9 oyun keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp