Futbol üzrə Türkiyə Super Liqasında 22-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, şənbə günü daha üç görüş baş tutub.

Son çempion “Başakşəhər” bu dəfə doğma meydanda “Hatayspor”u sınağa çəkib və böyük hesabla uduzub.

Heyətini Məsut Özillə gücləndirən “Fənərbaxça” isə “Rizəspor”la ev oyununda minimal hesabla üstün olub.

“Kasımpaşa” da evdə “Kayserispor”a məğlub olub.

“Alanyaspor” – “Sivasspor” matçı isə güclü yağış səbəbindən sabaha təxirə salınıb.

Türkiyə Super Liqası
22-ci tur
29 yanvar

Yeni Malatyaspor – Fatih Karagümrük 0:0

Qaziantep – Qalatasaray 1:2
Qol: Maksim, 90+7-pen – Onyekuru, 51; 79.

30 yanvar

Kasımpaşa – Kayserispor 0:1
Qol: U.Demirok, 90+3.

Başakşəhər – Hatayspor 1:5
Qol: Kamara, 80-öz qapısına – Diuf, 11; 57. Akintola, 21-pen. Bupendza, 43-pen; 68.

Alanyaspor – Sivasspor matçı təxirə salınıb

Fənərbaxça – Rizəspor 1:0
Qol: Akkan, 45+1-öz qapısına.

31 yanvar

14:30 Ərzurumspor – Ankaragücü
17:00 Gənclərbirliyi – Antalyaspor
17:00 Dənizlispor – Göztəpə
20:00 Beşiktaş – Trabzonspor

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp