Futbol üzrə Almaniya Bundesliqasında 19-cu turun oyunları keçirilir.

Futbollinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

Lider “Bavariya” bu tur çərçivəsində “Hoffenhaym”ı, Dortmund “Borussiya”sı isə “Auqsburq”u sınağa çəkib. Hər iki oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Leyptsiq” isə ən yaxın izləyicisi “Bayer”in müqavimətini çətinliklə qırıb.

Səfərdə “Union Berlin”lə qarşılaşan Münhenqladbax “Borussiya”sı xal itkisi ilə üzləşib. “Verder” – “Şalke” matçı da heç-heçə yekunlaşıb. “Ayntraxt” isə “Herta”nı məğlub yola salıb.

Almaniya Bundesliqası
19-cu tur
29 yanvar

Ştutqart – Maynts 2:0
Qol: Kaladziç, 55. Vamanqituka, 72.

30 yanvar

Union Berlin – Borussiya (Münhenqladbax) 1:1
Qol: Knoxe, 31 – Plea, 59.

Verder – Şalke 1:1
Qol: Mohvald, 77 – Maskarell, 38.

Borussiya (Dortmund) – Auqsburq 3:1
Qol: Dileyni, 26. Sanço, 63. Uduokhai, 75-öz qapısına – Han, 10.

Bavariya – Hoffenhaym 4:1
Qol: Boatenq, 32. Müller, 43. Levandovski, 57. Qnabri, 63 – Kramariç, 44.

Ayntraxt – Herta 3:1
Qol: A.Silva, 67; 90+5-pen. Hinteregger, 85 – Pyontek, 66.

Leyptsiq – Bayer 1:0
Qol: Nkunku, 51.

31 yanvar

18:30 Köln – Arminiya
21:00 Volfsburq – Frayburq

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp