“Barselona”nın hücumçusu Lionel Messinin 2017-ci ildə klubla imzaladığı müqavilənin detalları məlum olub.

Futbolinfo.az “El Mundo” nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu Kataloniya klubu ilə 2017-ci ildə imzaladığı 4 illik müqaviləyə əsasən illik bonuslarla birlikdə 138 milyon avro qazanır.

Ümumilikdə isə həmin il imzalanan müqavilənin dəyəri 555 milyon avrodur. Hücumçu 4 il ərzində klubdan bütün bonuslar və məvacib daxil olmaqla bu məbləği qazanmalıdır.

Messi klubla cari mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp