İtaliyanın “Milan” klubunun qapıçısı Canluici Donnarumma ilə yeni müqavilə imzalamaq niyyətində olduğunu xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” 21 yaşlı qolkiperlə danışığı dayandırıb.
Bu barədə klubun texniki direktoru Paolo Maldini İtaliya mətbuatına açıqlamasında bildirib:
“Müqavilənin yenilənməsi ilə bağlı danışığı dayandırdıq. Transfer pəncərəsi bağlanana qədər gözləmək istəyirik”.
2015-ci ildən “Milan”da çıxış edən italiyalı qapıçının klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.