Azərbaycanda son sutkada koronavirus infeksiyasına 153 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 230 219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 223 315 nəfər müalicə olunaraq sağalıb, 3 132 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 772 nəfərdir.
Ötən müddət ərzində 2 408 050 test aparılıb. Bugünkü test sayı isə 6 330-dur.