Futbol üzrə Türkiyə Super Liqasında 22-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə beş görüş baş tutub.
“Ərzurumspor” “Ankaragücü”nü, “Alanyaspor” “Sivasspor”u, “Dənizlispor” “Göztəpə”ni məğlub yola salıb. “Gənclərbirliyi” evdə “Antalyaspor”la oyundan məğlub ayrılıb.
Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider “Beşiktaş” doğma meydanda bir neçə gün əvvəl Türkiyə superkubokunu qazanan “Trabzonspor”un müqavimətini qırmağa çalışıb. Lakin üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə başa çatıb.
Türkiyə Super Liqası
22-ci tur
29 yanvar
Yeni Malatyaspor – Fatih Karagümrük 0:0
Qaziantep – Qalatasaray 1:2
Qol: Maksim, 90+7-pen – Onyekuru, 51; 79.
30 yanvar
Kasımpaşa – Kayserispor 0:1
Qol: U.Demirok, 90+3.
Başakşəhər – Hatayspor 1:5
Qol: Kamara, 80-öz qapısına – Diuf, 11; 57. Akintola, 21-pen. Bupendza, 43-pen; 68.
Fənərbaxça – Rizəspor 1:0
Qol: Akkan, 45+1-öz qapısına.
31 yanvar
Ərzurumspor – Ankaragücü 1:0
Qol: C.Alkılıç, 68.
Alanyaspor – Sivasspor 3:1
Qol: F.Aksoy, 14. Davidson, 45+2. Babakar, 60 – Qradel, 90-pen.
Gənclərbirliyi – Antalyaspor 0:1
Qol: S.Şam, 87.
Dənizlispor – Göztəpə 2:1
Qol: R.Niyaz, 42. Mesanoviç, 79 – Mihoeviç, 69.
Beşiktaş – Trabzonspor 1:2
Qol: Abubakar, 30 – Montero, 44-öz qapısına. Hüqo, 63.