Fransanın PSJ klubunun hücumçusu Mauro İkardinin evi qarət olunub.
Futbolinfo.az xəbər verir ki, oğurluq hadisəsi yanvarın 30-da gecə saatlarında baş verib. Soyğuncular evə pəncərədən daxil olublar.
Həmin gün PSJ Fransa çempionatının 22-ci turunda səfərdə “Loryan”la üz-üzə gəlib. 28 yaşlı hücumçunun evindən zinət əşyaları, saatlar və bəzi geyimlər götürülüb. İkardiyə 400 min avro məbləğində ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, PSJ “Loryan”la səfər oyunundan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.