Futbol üzrə Niderland millisinin sabiq yarımmüdafiəçisi İbrahim Afellay peşəkar karyerasını bitirməyə qərar verib.

Futbolinfo.az xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında məlumat verib.

O, futbolda istədiyi hər şeyə nail ola bilmədiyini, lakin karyerasını bitirməyə qərar verdiyini söyləyib.

Qeyd edək ki, ölkəsinin PSV klubunun yetirməsi olan niderlandlı futbolçu 2010-cu ildə İspaniya “Barselona”sına transfer olunub. Kataloniya klubunda olarkən Almaniya “Şalke”sinə və Yunanıstan “Olimpiakos”una icarəyə verilən futbolçu 2015-ci ildə İngiltərə təmsilçisi “Stok Siti”yə keçib. 2019-cu ildə bu klubdan ayrılan futbolçu yenidən sabiq komandası PSV-yə qayıtmışdı. Afellay 2007-2016-cı illər aralığında formasını geyindiyi Niderland yığmasında 53 oyuna 7 qola imza atıb.

Shares: