Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Kemal Ademini icarəyə verib.
Futbolinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu mövsümün sonuna qədər “Fatih Karagümrük”də çıxış edəcək. Bu barədə “Fənərbaxça”nın mətbuat xidməti məlumat yayıb.
Ademi mövsümün əvvəlində “Bazel”dən “Fənərbaxça”ya keçmişdi. İsveçrəli hücumçu İstanbul klubunun forması ilə meydana çıxdığı 8 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.