Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 230 296 nəfər koronavirusa yoluxub. Onlardan 223 475 nəfər müalicə olunaraq sağalıb, 3 136 nəfər vəfat edib, aktiv xəstə sayı 3 685 nəfərdir.
Son sutka ərzində 3 984, bu günə qədər isə 2 412 034 test aparılıb.