Türkiyənin “Qaziantep” klubunda koronavirusa yeni yoluxma halları qeydə alınıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə klub kollektivindən götürülmüş sonuncu COVİD-19 testlərinin üçünün pozitiv çıxdığı diqqətə çatdırılıb. Koronavirus aşkarlananlardan ikisi futbolçu, biri isə klub işçisidir.

Bununla da “Qaziantep”də koronavirusa yoluxanların sayı dördə çatıb. Onların hamısı karantinə alınıb və nəzarətə götürülüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp