İngiltərənin “Vest Bromviç” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın “Selta” klubunun türk yarımmüdafiəçisi Okay Yokuşlunu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Türkiyə yığmasının da üzvü olan 26 yaşlı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.
Türkiyədə “Altay”, “Kayserispor” və “Trabzonspor” klublarının formasını geyinmiş Okay, 2018-ci ildən İspaniya təmsilçisində çıxış edirdi. Yarımmüdafiəçi Türkiyə millisində də 29 oyun keçirib. O, bu mövsüm “Selta”da 14 rəsmi matça çıxmışdı.