“Sabah”ın müdafiəçisi Slavik Alxasovun futbolinfo.az-a müsahibəsi

 

– Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmısnız. Mövsümün əvvəlində iddialı görünən komanda niyə özünü göstərə bilmədi?

– Hazırda turnir cədvəlinin sonuncu pilləsindəyik. Amma bu o demək deyil ki, belə olacağı ilə barışmışıq. Bütün diqqətimizi və fikrimizi gələcək oyunlara yönləndirmişik. Maksimum nəticə əldə etmək istəyirik.

 

– Nəticələrdən sonra bu barədə müzakirə aparırsız?

– Hər zaman həm məşqçi heyəti, həm komanda olaraq rəhbərliklə danışırıq. Rəhbərliyimiz bizə inanır və biz də qarşılığını vermək istəyirik. Onların inamını doğrultmalıyıq.

 

– Son oyunda “Kəpəz”ə məğlubiyyətiniz gözlənilməz oldu…

– Uduzacağımızı gözləmirdik. Futbolda belə oyunlar olur. “Kəpəz” komandasını aşağılamaq istəmirəm, lakin həmin gün onların günü idi.

 

– Bu məğlubiyyəti faciə saymaq olar?

– Geridə qalmış oyun barədə çox danışmaq istəməzdim. Əsas məqsəd qarşıya baxmaq, səhvlərdən nəticə çıxarıb irəlidə bunları təkrarlamamaqdır. Ümid edirəm ki, komanda vəziyyəti düzəldə biləcək.

 

– Səncə, mövsümün sonunda maksimum hansı pilləyə qalxa bilərsiniz?

– Yaxşı yerlərdə olmaq mümkündür, niyə də olmasın? Biz özümüzə inanırıq, fikrimiz də bunu sübut etməkdir ki, biz yaxşı komandayıq. İndi deyə bilmərəm ki, sonda hansı pillədə olacağıq. Bunu görəcəksiniz.

 

– Mütəxəssislərin əksəriyyəti baş məşqçiniz Viktor Qomesin komandaya uyğun olmadığını düşünür…

– Bu, mənə aid sual deyil. Mənim işim verilən tapşırıqları yerinə yetirməkdir.

 

AĞA

Shares: