İngiltərənin “Piterboro” klubunda çıxış edən Serhat Taşdemir komandasını dəyişib.

Futbolinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu “Oldhem” klubuna keçib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Serhat mövsümün sonuna qədər icarə əsasında 2-ci liqa təmsilçisində çıxış edəcək.

Serhat 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasında 3 oyuna 3 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp