“Qarabağ” yarımmüdafiəçisi Abdullah Zubirlə müqaviləni yeniləyib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalanıb.

Zubir 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir. Fransız futbolçunun əvvəlki müqaviləsi bu ilin iyuluna qədər idi.

Zubir bu mövsüm “Qarabağ”la 21 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp