“Arsenal” iki futbolçusu – Co Uillok və Enzli Meytlend-Naylsı icarəyə verib.

Futbolinfo.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı hücumçu Uillok “Nyukasl”a, 23 yaşlı yarımmüdafiəçi Enzli isə “Vest Bromviç”ə keçib. Hər iki futbolçu mövsümün sonuna qədər icarədə olacaq.

Uillok bu mövsüm Premyer Liqada 7, Enzli isə 11 oyuna çıxıb.

Shares: