İtaliyanın “Bolonya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Bolqarıstan yığmasının müdafiəçisi Valentin Antovu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu Sofiya ÇSKA-sından mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb. İtaliya klubu bu keçidə görə Bolqarıstan təmsilçisinə 500 min avro ödəyəcək.
“Bolonya” öz oyunçularından Orji Okvonkvo və Kinqsli Mayklı da “Recina”ya icarəyə verib. Onların hər ikisi klubun öz yetirməsidir. 21 yaşlı Kinqsli yarımmüdafiəçi, 23 yaşlı Orji isə hücumçudur.