İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ekvadorun “İndependyente del Valye” klubundan Moyses Kaysedonu heyətinə qatıb.
Bu barədə İngiltərə klubunun mətbuat xiidməti məlumat yayıb. 19 yaşlı hücumçu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Moyses Ekvador yığmasında 4 oyuna 1 qol vurub.