Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk matçında səfərdə “Neftçi” üzərində 1:0 hesablı qələbə qazanan “Zirə”nin müdafiəçisi Dmitrios Çantakiasın futbolinfo.az-a müsahibəsi

 

– “Neftçi” üzərində səfər qələbəsini gözləyirdiniz?

– Məşqlərdə çox yaxşı çalışırdıq. Əlimizdən gələni edirdik ki, meydandan yaxşı nəticə ilə ayrılaq. “Neftçi” ilə matçda da yaxşı oynadıq və sonda qələbə ilə mükafatımızı aldıq.

 

– İlk matçda səfərdə qol buraxmadan qalib gəlmək sizə növbəti mərhələ üçün böyük şans yaradır?

– Fikrimcə, bizim növbəti mərhələ üçün şansımız var. Əgər konsentrasiyamızı itirməsək, bacarığımızı tam göstərsək, növbəti mərhələyə adlayacağıq. İkinci oyunda da işimizin öhdəsindən gələcəyimizə inanıdıq. Qələbə qələbədir və bu, hesabın neçə olmasına baxmır. Lakin qol buraxmadan qalib gəldiyimiz üçün sevinirəm. İndi hər şeyi bir kənara qoyub, ikinci oyun haqqında düşünməliyik və köklənməliyik. Yaxşı nəticə əldə etmək vacibdir.

 

– “Neftçi” sizin hər iki cəbhədə əsas rəqibinizdir. Bu oyunların gərginliyin artırır?

– Əlbəttə ki, “Neftçi” çox yaxşı komandadır, yaxşı futbolçulara sahibdir. Ona görə də ikinci matç da çətin olacaq. Biz ilk matçda qazandığımız üstünlükdən yararlanıb nəticələr əldə etmək haqqında düşünürük.

 

– Həm liqada, həm də kubokda nəticə əldə etmək “Zirə” üçün çətin olmayacaq?

– Ümid edirəm ki, hər iki yarışda yaxşı nəticə qazanacağıq. Bizim güclü heyətimiz var və məqlərdə çox çalışırıq. Biz daim var gücümüzlə oynamağa hazırıq.

 

– “Zirə”nin ev oyunlarında heç də yaxşı olmayan statistikası var. “Neftçi” ilə matçda da bu, psixoloji təzyiq yarada bilərmi?

– Statistikanın idmanda öz yeri var, amma hekayələrə təsir etmir. Hansı statisika bir matça və ya nəyəsə təsir edib? Məqsədimiz ev matçlarında daha çox qazanmaq və nəticələri yaxşılaşdırmaqdır. Motivasiyamız statistikadan təsirlənmir.

 

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp